Bütün dünyanı təsiri altına alan koronavirus səbəbiylə karantin qaydalarının qüvvəyə minməsi oyun sektoruna marağı artırdı.
Pandemiya zamanı evdə qalan milyonlarla insan oyunlara böyük maraq göstərdi. Qlobal oyun gəlirləri 2020-ci ildə 20% artaraq 179,7 milyard dollara çatdı.
Əldə olunan məlumatlara görə, Səudiyyə Ərəbistanına məxsus olan Səudiyyə Dövlət İnvestisiya Fondundan EA, Activision və Take-Two şirkətlərinə ümumilikdə 3,3 milyard dollar sərmayə qoyulub.
Səudiyyə Ərəbistanı Activision-Blizzar-a 1.39 milyard dollar, EA-ya 1 milyard dollar və Take-Two-ya 825 milyon dollar sərmayə yatırıb.
Səudiyyə Ərəbistanının investisiya fondu hal-hazırda Activision-un ümumi hissəsinin yüzdə 3,5-nə sahibdir. Eyni zamanda Activision-un beşinci ən böyük sərmayəçisi olan ölkə EA-nın yüzdə 2,6-sını və Take-Two-in yüzdə 3-ünü əlində saxlayır.
Comments