Selfie çəkmək üçün İstanbulda 3-cü körpünün, Parisdə Eyfel qülləsinin başına çıxana rast gəlmişdik. Daha bir qəribə selfie dəliliyi xəbəri isə bu günlərdə Portuqaliyanın paytaxtı Lissabondan gəlib.
Belə ki, portuqaliyalı bir gənc Lissabon qatar vağzalında yerləşən 126 metr hündürlüyündəki 16-cı əsrdən qalma Portuqaliya Kralı Dom Sebastianonun heykəlinin üzərinə selfie çəkmək üçün çıxıb.
24 yaşındakı gəncin selfie dəliliyi səbəbilə 5 əsrlik bir heykəlin bir hissəsi tamamilə məhv olub.
Portuqaliya hökümətinin gəncdən polisa şikayət edəcəyi gözlənilir. Polis isə məsələ ilə bağlı açıqlama verməkdən çəkinir.
https://youtu.be/4sv7gQG5bpQ