SAMSUNG

Samsungdan A60 istifadəçilərinə Android 11 müjdəsi

0

Samsung Android 11 güncəlləməsini dəstəklənən modellərə gətirməyə davam edir. Cənubi Koreyalı istehsalçı bu dəfə də yeni güncəlləməni iki yaşlı Galaxy A60 modelinə gətirdi.

Şirkətin 2019-cu ildə təqdim etdiyi A60 modeli uzun müddət sonra Android 11 və One UI 3.0 yeniləməsini aldı.

Galaxy A60 bazara ilk çıxdığı vaxtlarda Android 9 Pie sistemini istifadə edirdi. Bir il sonra şirkət bu orta seqmentli telefon üçün Android 10 yeniləməsini təqdim etdi. İndi isə A60 son böyük güncəlləmə olan Android 11 ilə istifadəçilərin qarşısına çıxacaq.

Hal-hazırda A60 üçün buraxılan Android 11 yeniləməsini yalnız məhdud sayda istifadəçi yükləyə bilər.

Orta seqmentin populyar cihazlarından biri olan Galaxy A60 2340 x 1080 piksel görüntü keyfiyyəti təqdim edən LCD ekrana sahibdir. Cihaz Qualcomm-un Snapdragon 675 çipseti ilə təchiz edilmişdir. 6 GB RAM və 128 GB daxili yaddaş ilə də dəstəklənir.

Yeni Apple Arcade oyunu olan Skate City 4 platformada yayımlanacaq

Previous article

Twitch yayımçısı 31 günlük fasiləsiz yayımla rekord qırdı

Next article

You may also like

Comments

More in SAMSUNG