MALİYYƏ

Samsung və Google Bitcoin-i ödəniş üsulu kimi qəbul edə bilər

0

Heç bir mərkəzi bank və ya rəsmi qurumla əlaqəsi olmayan elektron elektron valyuta növü Bitcoin dünya miqyasında ən çox istifadə edilən kriptovalyutalardan biridir.

Son vaxtlar həm Bitcoin, həm də digər kripto valyutalarında yüksəliş hiss olunur. Bu dinamika böyük şirkətlərin də diqqətini çəkir.

Daha əvvəl Apple-ın ödəmə xidməti olan Apple Pay-in Bitcoin qəbul edəcəyini söyləmişdik.

Bu dəfə isə hərəkətə nəhəng Google və Samsung şirkətləri keçdi.

Əldə olunan məlumatlara əsasən, Google Pay və Samsung Pay yaxın vaxtlarda Bitcoin və digər kriptovalyutaları qəbul edəcək. Hər iki şirkətin bu planı 2021-ci ilin martında həyata keçirməsi gözlənilir.

Şirkətlər bunun üçün BitPay ilə müqavilə imzalayacaqlar. İstifadəçilər kriptovalyutaları BitPay-dən Google Pay və Samsung Pay-ə bağlayacaq və bununla da kriptovalyutalardan istifadə edərək platformalarda ödənişlər edə biləcəklər.

Yeni xidmətdə dəstəklənməsi gözlənilən kriptovalyutalar arasında Bitcoin, Bitcoin Cash, BUSD, Ether, PAX, USDC və GUSD var.

Əlavə olaraq onu da qeyd edək ki, bu yaxınlarda Bitcoin-ə 1,5 milyard dollar sərmayə qoyan Tesla, yaxın vaxtlarda Bitcoin ilə ödənişləri qəbul edə biləcəyi xəbərini verdi.

NASA kosmik gəmisi Marsa endi

Previous article

İnternet sürəti ən yüksək olan ölkələr

Next article

You may also like

Comments

More in MALİYYƏ