NOTBUKSAMSUNG

Samsung Galaxy Tab A7 Lite haqqında ilkin məlumatlar

0

Samsung-un sevilən məhsullarından olan Tab seriyasına daha sərfəli qiymətə satışa çıxarılması gözlənilən yeni bir üzv əlavə olunur. Yeni məhsul, Bluetooth SIG sertifikatlı Galaxy Tab A7 Lite, SM-T225 model nömrəsi ilə buraxılacaq. Samsung modeli iyun ayında rəsmi olaraq təqdim edəcək.

Galaxy Tab A7 Lite bizi 8.4 düym ölçülü bir ekranla qarşılayacaq.  Ekran növünün bəlli olmamasına baxmayaraq, cihazın bir LCD panelə sahib olması gözlənilir.

Cihazın daxili avadanlıqlarına gəldikdə isə Galaxy Tab A7 Lite-ın Helio P22T mobil prosessoru və 3 GB RAM ilə gələcəyi bildirilir. 15W sürətli şarj dəstəyi ilə 5.100mAh tutumlu böyük bir batareyaya sahib olacaq cihazın arxasında flaşsız bir kamera yer alacaq.  Cihazın ön və arxa kameralarının xüsusiyyətləri haqqında hələ ki, bir məlumat yoxdur. Cihazın Bluetooth 5.0 bağlantısına sahib olacağı da söylənilir.

PUBG Mobile-ın gəliri 5 milyard dolları keçdi

Previous article

Xarab iPad batareyası yanğına səbəb oldu

Next article

You may also like

Comments

More in NOTBUK