MOBİL

Samsung Galaxy S7-nin qiyməti nə qədər olacaq?

0

Xəbər verdiyimiz kimi, Samsung Galaxy S7 və S7 Edge21 fevralda Mobil Dünya Konqresində keçiriləcək tədbirlər təqdim olunacaq.

Telefonun ötən günlərdə internetdə yayılan şəklini də nəzərinizə çatdırmışdıq. Texniki detalları da öz yerində. Galaxy ailəsinin yeni üzvləri haqda bilinməyən sadəcə qiymətləri idi ki, bunada Tweakers agentliyi aydınlıq gətirib.

Agentliyin məlumatına görə, Galaxy S7 700 avro, S7 Edge isə 800 avro qiymətilə mağazalardakı yerini tutacaq.

Sonda qeyd edək ki, Samsung-un yeni telefonlarının martın birinci yarısında satışa çıxarılması gözlənilir.

“Əsgərə məktublar” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Previous article

The Independent qəzeti kağızla vidalaşır!

Next article

You may also like

Comments

More in MOBİL