SAMSUNGSMARTFONXƏBƏRLƏR

Samsung Galaxy S21-in təqdimat tarixi dəqiqləşdi

0

Covid-19 pandemiyası səbəbi ilə iPhone 12 seriyasını ictimaiyyətə bir ay gec  təqdim  edən Apple-ın əksinə, Samsung-un yeni flaqman seriyası olan Galaxy S21-i bir ay əvvəl təqdim edəcəyini Nod.az əvvəlki yazılarında bildirmişdi.

Galaxy S seriyalı telefonlar illərdir ki,fevral ayında təşkil edilən “Unpacked” tədbirdə ictimaiyyətə təqdim olunurdu. Amma Samsung-un açıqlaması ilə yeni seriyanın 14 yanvar tarixində tanıdılması haqqındakı şayiələr reallığa çevrildi.

Samsung tərəfindən edilən açıqlamaya əsasən Samsung Galaxy S21 seriyasına daxil olan 3 flaqman model: Galaxy S21, S21 Plus və S21 Ultra 14 yanvar 2021-ci il tarixində Bakı vaxtı ilə saat 21:00-da təqdim olunacaq.

Samsung.com saytına daxil olmaqla təqdimatı izləyə bilərsiniz.

Yaponiyadan kosmik tullantılara qarşı “Taxta Peyk” layihəsi

Previous article

Asus yeni TUF və ROG noutbuklarını təqdim etməyə hazırlaşır

Next article

You may also like

Comments

More in SAMSUNG