SAMSUNG

Samsung Galaxy M32 təqdimat tarixi bəlli oldu

0

Orta seqmentli texnoloji cihazları ilə texnologiya bazarında zirvələrdə olan Samsung-un böyük batareyalı yeni orta seqment smartfonu Galaxy M32 ortaya çıxdı.

Ağıllı telefon hələ rəsmi olaraq təqdim olunmasa da, internete sızdırılan görüntüləri smartfon haqqındakı bəzi detalları ortaya çıxardı.

FHD + görüntü keyfiyyəti və sAMOLED panellə gələn M32-nin ekranı 90 Hz yeniləmə sürətinə malikdir. Infinity-U dizaynına sahib 6,4 düymlük ekran maksimum 800 nit parlaqlığa çatır.

6000 mAh batareyaya sahib olan telefon uzu müddətli istifadədə belə asanlıqla bir gün sönmədən işləyə bilər.

Telefonun prosessoru ilə bağlı dəqiq bir detal olmasa da, MediaTek Helio G80 və ya Helio G85 modellərindən birinə üstünlük veriləcəyi təxmin edilir.

Əldə olunan məlumatlara görə Galaxy M32 21 iyun tarixində təqdim olunacaq.

PlayStation oyunları mobil telefonlara gəlir

Previous article

Tails of Iron video oyunundan yeni treyler yayımlandı

Next article

You may also like

Comments

More in SAMSUNG