SAMSUNG

Samsung Galaxy M21-i təqdim etdi

0

Smartfon istehsalında zirvədə olan Samsung büdcə dostu yeni modelləri təqdim etməyə davam edir. Demək olar ki, bir neçə ay ərzində çox sayda fərqli model bazara çıxaran Koreya istehsalçısı indi də Galaxy M21 (2021) ilə diqqətləri üzərinə çəkir.

Galaxy M21 (2021) adından da göründüyü kimi ötən ilki M21-in davamçısıdır. Yeni model kamera və proqram təminatı baxımından bir sıra yeni özəlliklər əldə edib.

Tam HD + görüntü keyfiyyətli model 60 Hz yeniləmə sürəti və 6.4 düymlük AMOLED ekranla təchiz edilmişdir. Telefonun arxasında 8 Megapiksellik ultra geniş bucaq və 5 Megapiksellik makro sensor ilə müşayiət olunan 48 Megapiksellik əsas kamera var. Cihazın ön hissəsində 20 Meqapiksellik selfie kamerası yer alır.

Exynos 9611 prosessoru ilə təchiz edilmiş Galaxy M21 modeli 15 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Bundan əlavə, əvvəlki modellə müqayisədə yeni cihaz One UI 3.1 Core interfeysli Android 11 əməliyyat sistemi ilə çalışır.

Xioami ilk dəfə Apple-ı geridə qoydu

Previous article

İlon Mask hansı kriptovalyutalara sahib olduğunu açıqladı

Next article

You may also like

Comments

More in SAMSUNG