SAMSUNGSMARTFON

Samsung Galaxy A70-ə güncəlləmə gəldi

0

Samsung bu günlərdə istifadəçilərinin üzünü güldürən xəbərlərlə tez-tez gündəmə gəlir. Təzəlikcə iki yeni modelini ictimaiyyətə təqdim edən şirkət  üç il əvvəl buraxılan Samsung Galaxy A70 smartfonuna yeni proqram yeniləməsi gətirərək istifadəçiləri təəccübləndirdi. Təəccübə səbəb böyük maraqla gözlənilən Android proqram təminatının cihaza gözləniləndən çox əvvəl gəlməsidir.

Əslində Samsung  Galaxy A70 modelinə Android 11 dəstəyini may ayında gətirəcəyini söyləmişdi. Amma əldə olunan yeni məlumatlar bizə müxtəlif bölgələrdən olan bəzi istifadəçilərin artıq güncəlləmədən faydalanmağa başladıqlarını göstərdi. Gözləniləndən iki ay əvvəl gələn güncəlləmə ilə istifadəçi interfeysi də yeniləndi.

İlk olaraq Ukraynada istifadəyə verilən yeniləmə artıq bəzi fərqli bölgələrdə də istifadə oluna bilir.  Onu da qeyd edək ki, bu yeniləmədən faydalanmaq üçün mobil telefonda 1,9 GB boş yer olmalıdır.

Orta seqment modelləri arasında yer alan A70 modeli 6.7 düymlük Super AMOLED ekrana sahibdir. 1080 x 2400 piksel görüntü keyfiyyəti təklif edən telefon Snapdragon 675 (11 nm) çipseti ilə təchiz olunub.

Buraxılmasından 3 il keçməsinə baxmayaraq, hələ də texnologiya həvəskarlarının seçimləri sırasında yer alan Galaxy A70, 6 GB / 8 GB RAM yaddaşa malikdir.

4500 mAh batareya gücünə sahib cihaz 25W sürətli şarj dəstəyi ilə istifadəçilərinə xidmət edir. Üz tanıma xüsusiyyətinə sahib modelin əlavə olaraq ekranda barmaq izi oxuyucu sensoru da var.

Samsung Galaxy A52 haqqında hər şey

Əvvəlki

Gözləri qoruyan ağıllı lövhə

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up