SAMSUNGSMARTFON

Samsung Galaxy A52 haqqında hər şey

0

Samsung çox yönlü imkanlara sahib Galaxy A52 və A72 modellərini təqdim etdi. A52, 4G və 5G olmaqla iki versiyada gəldi. A72 isə yalnız 4G şəbəkə texnologiyası ilə buraxıldı.

Galaxy A52 5G ölçüsü 6,5 düym olan düz ekrana sahibdir. 1080p + görüntü keyfiyyəti ilə istifadəçilərə təqdim olunan yeni nəsil smartfon, AMOLED panellə gəlir. Əlavə olaraq, telefon 120 Hz ekran yeniləmə tezliyinə malikdir.

Cihazın ekranı parlaq günəş işığında daha yaxşı görüntü təqdim etmək üçün 800 nit parlaqlığa çata bilir. Gorilla Glass 5 ilə qorunan ekran IP67 sertifikatına sahibdir. Bu sayədə cihaz toz keçirmir və 30 dəqiqə ərzində 1 metrədək su altında qala bilir.

Telefonun kamerasına gəldikdə isə, əsas modulda f / 1.8 diyafram və 64 meqapiksellik bir sensor var. Cihazda Optik Görüntü Sabitləşdirmə (OIS) və Tetra-binning texnologiyası var. Bundan əlavə, kamera standart rejimdə 16 meqapiksellik cüt fotoşəkil çəkə bilir.  Yeni modelə tətbiq olunan OIS texnologiyası kamera gecə rejimində işləyərkən görüntünün sabit qalmasına kömək edir.

Əsas kamera 30 fps-də 4K video çəkə bilir, cihazın ikinci kamerası isə 12 MP ultra geniş bucaqlı çəkiliş təmin edir. Bundan əlavə, sabit fokus kamerası f / 2.2 lensə malikdir. Əsas və ikinci kameraya əlavə olaraq telefonda 5MP makro kamera və 5MP dərinlik sensoru var. Digər tərəfdən, 32MP selfie kamerası cihazdakı üz kilidi üçün istifadə edilə bilər.

Samsung Galaxy A52  qutudan 4,500 mAh-lik batareya və 15W şarj cihazı ilə birlikdə çıxır. Telefonun 25W şarj cihazını da dəstəklədiyini qeyd etmək lazımdır.

Gücünü Snapdragon 750G-dən alan Galaxy A52 5G, 6 və ya 8 GB RAM və 128 və ya 256 GB yaddaş olmaqla iki seçimdə təklif olunur.

Azərbaycana nə vaxt gələcəyi bilinməsə də artıq Samsung Galaxy A52 5G İngiltərədə 429 Avroya satılır.

Samsung Galaxy A72 tanıdıldı

Previous article

Samsung Galaxy A70-ə güncəlləmə gəldi

Next article

You may also like

Comments

More in SAMSUNG