SAMSUNGSMARTFON

Samsung Galaxy A52 5G ictimaiyyətə təqdim edilmədən satışa çıxdı

0

Uzun müddətdir ki, tanıtım tədbiri gözlənilən Samsung Galaxy A52 5G, ictimaiyyətə təqdim edilmədən satışa çıxarıldı.

Ötən il Galaxy A51 modeli ilə çox diqqət çəkən Samsung, bu cihazın davamı olaraq Galaxy A52 5G-ni istehsal etdi. Galaxy A52 5G adı ilə dünya bazarına buraxılacaq smartfon hələ rəsmi olaraq tanıdılmasa da, Səudiyyə Ərəbistanı əsaslı onlayn alış-veriş platforması olan Jarir adlı platformada cihaz bütün texniki xüsusiyyətləri, qiyməti və fotoları ilə bazara çıxarıldı. Yeni model hətta Samsung-un 24 aylıq zəmanəti ilə təklif edildi.

Bazarda maraqla gözlənilən A52 5G cihazı 6,5 düym Super AMOLED ekran modulu ilə dizayn edilmişdir. 1080 x 2400 piksel görüntü keyfiyyəti vəd edən cihaz, barmaq izi oxuyucusu və Gorilla Glass şüşə qoruma texnologiyası ilə təchiz edilmişdir. Qualcomm tərəfindən hazırlanmış Snapdragon 750G çipseti ilə işləyən cihaz 8 GB-a qədər RAM və 128 GB daxili yaddaşa sahibdir. Bundan əlavə, bu yaddaş tutumu ilə kifayətlənmək istəməyən istifadəçilər üçün 1 TB-lıq bir microSD kart yuvası da var.

Əldə olunan məlumatlara görə, Samsung Galaxy A52 5G-nin ön tərəfində 32 meqapiksellik bir sensor arxasında isə 64 meqapiksellik əsas kamera yerləşdirilib. Cihaz 4K video çəkə bilmə qabiliyyətinə malikdir.

4500 mAh batareya gücü sayəsində uzun müddət işləyən smartfon 25W sürətli şarj sistemi tərəfindən dəstəklənir. Əməliyyat sistemi olaraq isə Android 10 seçilib.

Samsung-dan telefonun təqdimatından əvvəl satışa buraxılması ilə bağlı hələ bir açıqlama gəlməyib.

Perseverance Marsda ilk addımlarını atdı

Previous article

TikTok sevilən özəlliyini bütün istifadəçilərinə əlçatan etdi

Next article

You may also like

Comments

More in SAMSUNG