SAMSUNGSMARTFON

Samsung-dan yeni model smartfon gələcək

0

Samsung-un yaxın zamanda bazara yeni smartfon modeli çıxarması gözlənilir. Artıq yeni cihaz haqqında şayiələr də yayılmağa başlayıb. Mobil telefon seçimində insanların ən çox diqqət etdiyi məqamlardan biri də cihazın batareya tutumunun çox olmasıdır. Samsung da məhz bu məqamı nəzərə alaraq yeni ağıllı telefonunu yüksək batareya tutumu ilə təchiz edib. Samsung Galaxy M12 olaraq adlandırılacaq smartfon batareya gücü  baxımından Galaxy M51 ilə oxşarlıq təşkil edəcək. Belə ki, Galaxy M12-nin də batareyasının Galaxy M51-dəki kimi 7.000 mAh olması gözlənilir.

Deyilənlərə görə, yeni ağıllı telefonun ekran ölçüsü 6.7 düyüm olacaq. Cihazın arxa tərəfində isə yeni nəsil telefonların bir çoxunda rastlaşdığımız dördlü kamera yerləşdiriləcək.

 Smartfonun giriş və çıxışları diqqət çəkən detallar arasındadır. Galaxy M12 qulaqcıq yuvası və USB Type-C portu-na malik olacaq. Bundan əlavə, cihazın sağ tərəfindəki güc düyməsində barmaq izi oxuyucusu olması gözlənilir.

 Yeni smartfonun nə zaman təqdim olunacağı hələ məlum deyil.

LG smartfon bazarında üstünlüyü ələ ala bilər

Previous article

Google fotolar-da ödənişli özəllik

Next article

You may also like

Comments

More in SAMSUNG