SAMSUNGSMARTFONXƏBƏRLƏR

Samsung 3 yeni qatlana bilən telefon üzərində işləyir

0

Qatlana bilən smartfon istehsalında lider olan Samsung yeni model qatlana bilən telefonlar üzərində işləməyə başlayıb.

Şirkətin Note seriyasının istehsalını dayandırmağı planlaşdırdığı və bütün diqqətini qatlana bilən telefon modellərinə yönəltdiyi hər kəsə məlumdur.

UBİ Research-də OLED tədqiqatçılarının hazırladığı yeni hesabata görə, Koreyalı şirkətin üç yeni model qatlana bilən smartfonu yaxın zamanda istifadəçilərin xidmətinə veriləcək.

Sözügedən modellərin Galaxy Z Fold 3, Z Fold Lite və Z Flip 2 olduğu deyilir. 

Hər üç telefon yeni nəsil ultra nazik ekran texnologiyası ilə təchiz olunacaq. Daha az enerji sərfiyyatı üçün LTPO texnologiyasından istifadə ediləcək. Telefonların ekranları əvvəlki modellərə nisbətən daha da nazik olacaq.

Bu yeni üç model 2021-ci ildə bazara çıxarılacaq.

Nokia noutbuk istehsal etməyə hazırlaşır

Previous article

MIUI 13 güncəlləməsinin çıxış tarixi bəlli oldu

Next article

You may also like

Comments

More in SAMSUNG