MALİYYƏ

Ş. Koreyalı hakerlərin oğurladığı kripto-pulların miqdarı eşidənləri təəccübləndirdi

0

Şimali Koreya mərkəzli haker hücumları nəticəsində rekord məbləğdə pul oğurlanıb. Blockchain analiz şirkəti Chainalysis tərəfindən internet dünyasına təqdim edilən 2021-ci ilin məlumatlarının yer aldığı hesabatda çox mühüm məlumatlar yer alır. 

Əvvəlki illərə nisbətən hücumların sayında artım müşahidə edilir. Oğurlanan pulların miqdarında da ciddi fərq var. 2020-ci ildə cəmi 4 hücum həyata keçirən hakerlər bu rəqəmi demək olar ki, iki dəfə artırıblar. Bunun nəticəsində əldə edilən kripto-pulların miqdarı 40% artıb. Ortaya çıxan məlumatlara görə, təkcə 2021-ci ildə 7 hücum həyata keçirən Şimali Koreyalı hakerlər düz 400 milyon dollarlıq kripto-pulu oğurlamağı bacarıblar.

Chainalysis hakerlərin ələ keçirdikləri pulları Şimali Koreya dövlətinin nəzarətində olan hesablara köçürdüyünü iddia edib. Hökumət iddiaları təkzib edib və onların heç bir əlaqəsi olmadığını bildirib. İnvestorların kripto pullarını cüzdanlarından götürən hakerlər bir sıra klassik üsullardan, xüsusilə fişinq tələlərindən, proqram və sistem zəifliklərindən istifadə edirlər.

Chainalysis hücumları həyata keçirən təşkilatın Lazarus Group olduğunu düşünür. Şimali Koreya Kəşfiyyat Bürosu tərəfindən idarə olunduğu güman edilən birləşmənin bütün 7 hücuma görə məsuliyyət daşıya biləcəyi ilə bağlı böyük iddialar var.

Sizcə kripto-pul hakerlərinin qarşısını necə almaq olar?

Hitman tezliklə Xbox Game Pass-a gələcək

Əvvəlki

Redmi Note 11S-in görüntüləri təqdimatdan əvvəl sızdı

Sonrakı

Rəylər

Login/Sign up