ƏYLƏNCƏOYUN

Resident Evil: Infinite Darkness treyleri yayımlandı

0

Capcom-un əfsanəvi oyunu Resident Evil-in serialı Resident Evil: Infinite Darkness, Youtube-da canlı yayımlanan Resident Evil Showcase-də təqdim edildi. Serialın yayımlanacağı platforma və yayım tarixi ilə birlikdə treyler də paylaşıldı.

Serial Sonic X, Detective Conan, Spider-Man, Detective Gadget kimi məşhur animasiyaların istehsalı ilə tanınan TMS Entertainment tərəfindən istehsal olunacaq.

Resident Evil 4 video oyununun hekayəsindən ilhamlanan Resident Evil serialı, 2021-ci ilin iyul ayında Netflix-də yayımlanacaq.

Onu da qeyd edək ki oyunun serialı ilə birlikdə “Resident Evil: Welcome to Raccoon City” adlı filmi də çəkilir. Film 24 noyabrda təqdim olunacaq.

Google Assistant ilə itirdiyiniz iPhone-nunuzu tapa biləcəksiniz

Previous article

Elektrikli Ferrari sürətlə yaxınlaşır

Next article

You may also like

Comments

More in ƏYLƏNCƏ