TEXNOLOGİYA

Redmi Buds 3 qulaqlıqları Çində istifadəçilərə təqdim edildi

0

Ötən aylarda Redmi Buds 3 pro modelini təqdim edən Xiaomi bu gün  yeni TWS qulaqlığınının da təqdimatını etdi.

Modelin dizaynı AirPods-a oxşayır. Qualcomm tərəfindən inkişaf etdirilən bu qulaqlığın sayəsində səs-küyün qarşısını almaq və yüksək keyfiyyətli əlaqə texnologiyalarından istifadə mümkündür.

Səs keyfiyyəti yüksək olan Redmi Buds 3 Qualcomm QC3040 mikroprosessor ilə işləyir. Və bu mikroprosessor sayəsində siz yüksək keyfiyyətli səsin zövqünü yaşayacaqsınız. Clear Voice Capture (cVc) adı verilən özəllik sayəsində səs-küyün qarşısını ala biləcəksiniz.

Redmi Buds 3 20 saata qədər batareya saxlaya bilir. Hər iki qulaqlıq ortalama 5 saat istifadə imkanı verir. Redmi Buds 3- 10 dəqiqəlik batareya ilə 1.5 saat istifadəyə yararlı ola bilir.

4.5 qram ağırlığa malik olan qulaqlıq Çində 31 dollara satışa çıxacaq.

Sony PlayStation sahiblərini sevindirəcək addım atdı

Əvvəlki

WhatsApp məxfilik seçimlərinə yenilik gətirdi

Sonrakı

Rəylər

Login/Sign up