AVTOMOBİL

Red Bull öz avtomobilini istehsal etməyə hazırlaşır

0

Red Bull Twitter-də etdiyi bir paylaşımla öz avtomobilini istehsal etməyə hazırlaşdığını elan etdi.

Red Bull illərdir motor idmanı ilə iç-içədir. Enerji içkisi istehsalçısı həm də avtomobil idmanının müxtəlif sahələrində bir çox komandaya sponsorluq edir. Eyni zamanda, uzun müddətdir Formula 1-də yarışan Red Bull bu vəziyyəti bir addım da irəli aparmağa hazırlaşır.

Uzun müddətdir ki, Formula 1-də 4 dəfə komanda və 5 dəfə pilot çempionluğu əldə edən Red Bull bu uğuru öz idman avtomobili ilə daha yüksəklərə çıxarmağı hədəfləyir. Şirkət Formula 1-dəki rəqibləri olan Mercedes-AMG, Ferrari, Aston Martin və McLaren kimi öz avtomobillərini istehsal edəcək.

Red Bull-un Twitter-də etdiyi paylaşımda yeni avtomobilin 1100 at gücü hasil edən hibrid V8 mühərrikinə sahib olan RB17 olacağını bildirdi. İki nəfərlik avtomobilin istehsalına 2025-ci ildə başlanacaq.

NASA Ayda mədən işlərinin aparılması ilə bağlı müsabiqə keçirdi

Əvvəlki

Epic Games bu həftənin pulsuz oyunlarını açıqladı

Sonrakı
Login/Sign up