TEXNOLOGİYA

Realme Buds Q2 modelini təqdim etdi

0

Naqilsiz qulaqlıqlar günümüzdə yüksək tələbat görən cihazlar sırasındadır. Bu məhsullar istifadə rahatlığı sayəsində istifadəçilərin diqqətini çəkməyi bacarır. Bu səbəbdən bir çox texnologiya istehsalçısı öz qulaqlıqlarını dizayn edir. Bu şirkətlərdən biri olan Realme Buds Q2 adlı yeni məhsulunu təqdim etdi.

Qısa müddətdə satışa çıxarılacaq Realme Buds Q2 aktiv səs-küyün qarşısını alma xüsusiyyəti ilə diqqət çəkir.

Cihaz Bluetooth 5.2 texnologiyası sayəsində 88ms aşağı gecikmə sürətinə sahib olacaq. Şarj baxımından istifadəçiləri məmnun etməsi gözlənilən qulaqlığın hər iki tərəfi 40 mAh batareyaya sahib olacaq. Cihazın batareyası 400 mAh gücündədir.

Normal istifadədə Realme Buds Q2 5 saat fasiləsiz istifadə təklif edir.

Windows 11 güncəlləməsini necə əldə etmək olar?

Previous article

İnstagram-dan kompüter istifadəçilərini sevindirən yenilik

Next article

You may also like

Comments

More in TEXNOLOGİYA