ƏYLƏNCƏOYUN

PUBG Mobile-ın gəliri 5 milyard dolları keçdi

0

Məşhur Battle Royale oyunu PUBG (PlayerUnknown’s Battlegrounds) Mobile rekordlar qırmağa davam edir. 2018-ci ildə iOS və Android əməliyyat sistemlərinə gələn oyun,  şirkətə inanılmaz dərəcədə yüksək gəlir gətirir.

Oyunu hazırlayan Tencent şirkəti PUBG Mobile-ın çıxdığı gündən bu yana 1 milyarddan çox yükləməyə çatdığını təsdiqlədi. Battle Royale tipli oyunlar arasında bu istehsal ən çox yüklənən üçüncü oyun kimi diqqət çəkir. Eyni zamanda, şirkət bu rəqəmlərin Çindən kənarda olan istifadəçiləri də əhatə etdiyini söyləyir. Əlbəttə ki, Çindəki istifadəçilər sayəsində PUBG Mobile daha yüksək yükləmə sayına çatır.

Oyunun bu qədər populyar olmasının ən böyük səbəblərindən biri onun pulsuz olmasıdır. Bəs milyardlarla dollar necə qazanılır? Bu istehsalda da digər bir çox oxşar oyunlarda qarşılaşdığımız kimi oyun içi satınalmalar var. İstehsalçı şirkət bu yolla milyardlarla dollar gəlir əldə edir.

İndiyə qədər PUBG Mobile ümumilikdə 5.1 milyard dollar gəlir əldə edib. Bu məbləğin yüzdə 55,4-ü iOS cihazlarından əldə edilib. App Store sayəsində şirkət 2,8 milyard dollar qazanıb.

Netflix-dən möhtəşəm anime layihəsi gəlir

Əvvəlki

Samsung Galaxy Tab A7 Lite haqqında ilkin məlumatlar

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up