ƏYLƏNCƏOYUN

PUBG Lite-ın yayımlanması aprel ayında sonlandırılacaq

0

Battle Royale oyunlarını məşhurlaşdıran və rəqiblərinə ilham verən Unknown’s Battlegrounds aşağı səviyyəli telefonunuzdan yüksək səviyyəli oyun kompüterlərinizə qədər istənilən cihazda oynaya biləcəyiniz bir neçə fərqli versiyaya sahibdir.

Əldə olunan son məlumatlara görə, PUBG Lite-a giriş aprel ayının sonunda bağlanacaq. Artıq 30 mart tarixindən etibarən oyunu yükləmək mümkün deyil.

Əvvəlcə ötən noyabr ayında oyun içi satınalmalar dayandırıldı və oyun tamamilə pulsuz oldu. Bunun ardından isə çox keçmədi ki, oyunun bağlanacağı xəbəri gəldi.

Oyun 2019-cu ilin yanvarında Taylandda beta versiyasında yayımlanmışdı. Eyni ilin oktyabr ayında Avropa bölgəsində satışa təqdim edildi. Qısa müddətdə gözləniləndən daha çox diqqət çəkən PUBG Lite, ölkəmizdə də çox populyar bir oyun idi.

Oyunu yayımlayan şirkət, Krafton oyun pərəstişkarlarına oyunun bağlanmasının səbəbini açıqlamadı. Şirkət sadəcə oyunçulara öz minnətdarlığını bildirdi və oyunu bağladıqları üçün təəssüf hissi keçirdiklərini vurğuladı.

Microsoft ABŞ ordusuna eynək satacaq

Əvvəlki

İlon Mask-dan çılğın layihə

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up