ROBOTTEXNOLOGİYA

PUA nədir?

0

Pilotsuz uçuş aparatı (PUA), ümumiyyətlə dron kimi tanınır və iki sinfə bölünür: Birincisi uzaqdan idarəetmə ilə uçur, digəri müəyyən bir uçuş planında avtomatik olaraq hərəkət edir. İnkişaf etməkdə olan texnologiya ilə yayılmağa başlayan  PUA-lar günümüzdə hərbidə kəşfiyyat aparmaq və hədəfə zərbə endirmək məqsədilə çox geniş istifadə edilir. Xüsusilə 2000-ci illərdə döyüş təyyarələri kimi hava limanlarına ehtiyac duymayan, daha uzun müddət havada qala bilən PUA-lar inkişaf etdirildi. Kəşfiyyat vəzifələrində PUA-ların sensor texnologiyaları, optik elektron radar və elektron vasitələrlə informasiya toplaması, RLS-lər ilə dəstəkləməsi, operatorların və analitiklərin böyük axına malik məlumatlardan vaciblərinin çıxarılmasına kömək edən təkmilləşdirilən alqoritmlərin istifadəsi komandir heyətinin düzgün qərar qəbul etməsini sadələşdirir. Gələcəkdə bütün texnologiyalarda reallaşması qaçınılmaz olan süni intellekt PUA-lardan da yan keçməyib. Yüksək texnologiyalı süni intellekt sistemindən istifadə edərək PUA-lar, GPS sisteminə ehtiyac duymadan istiqamətini, qalxma və enmə bucağını təyin edə bilir. Eyni zamanda Qlobal Pozisiya Sisteminin itməsi və sensorun sıradan çıxması halında PUA özünü süni zəka ilə avtomatik idarə edə bilir. “Teal Group” analitik şirkəti yaxın 10 il ərzində pilotsuz uçan vasitələrin hər bir sahədə geniş istifadəsinin yayılması və yeni nəsil PUA-lara tələbatın kəskin artması səbəbi ilə, onların istehsalında ciddi bir artımın qaçınılmaz olduğunu söyləyir.

3D printerlər həyatımızı kökündən dəyişəcək.

Əvvəlki

Ölümümüzdən sonra rəqəmsal kopyamız olsaydı…

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up