ROBOT

Polis Boston Dynamics robotunu işdən çıxardı

0

Ötən il New York Polis İdarəsi tərəfindən “işə götürülən” Boston Dynamics robotu Spot, polislik karyerasını başa vurdu. Bölmə tərəfindən Digidog olaraq adlandırılan və 2019-cu ildə işə alınan robot, hüquq mühafizə orqanları tərəfindən bir çox həssas əməliyyatlarda istifadə edilmişdi.

Üzərindəki kameralar və sensorlar sayəsində maneələri asanlıqla aşa bilən və sahə nəzarətini həyata keçirə bilən robot, xüsusilə qapalı yerlərdə silahlı şəxsləri aşkar etmək üçün istifadə edildi. Amma vətəndaşların şikayətləri Digidog-un işini itirməsinə səbəb oldu.

Sınaq mərhələsində olan və avqust ayına qədər istifadəsinə davam etməsi planlaşdırılan Digidog, irqçilik və məxfiliyin pozulması iddiaları ortasında qaldı. Üzərindəki kameralar vasitəsilə vətəndaşları daima qeydə alan robotun şəxsi həyatın məxfiliyinə zidd hərəkət etdiyini iddia edildi və reaksiyalardan sonra vəzifəsindən kənarlaşdırıldı. NYPD-nin kəşfiyyat və terrorla mübarizə üzrə komissar müavini John Miller, mövzu ilə əlaqədar olaraq Boston Dynamics ilə icarə müqaviləsinin ləğv edildiyini söylədi.

PDF redaktəsi üçün ən yaxşı 5 proqram

Əvvəlki

Spotify yeni funksionallıqlar qazandı

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up