KosmosTEXNOLOGİYA

Planetimizin rabitə şəbəkəsi təhlükə altındadır

0

Mütəxəssislərin fikrincə, kosmik tullantılar get-gedə daha böyük problem vəziyyətinə gəlir. Mütəxəssislər bu problemlər ilə bağlı açıqlamalar veriblər. 

Tədqiqatçıların kosmosdakı tədqiqat layihələri günü-gündən genişlənir. Bəşəriyyətin kosmosa “yol salması” prosesindəki ən böyük təhlükə Yer orbitindəki tullantılardır.

Bu ay keçirilən Ars Frontiers konfransı zamanı baş analitik Kaleb Henri tullantı problemi ilə bağlı açıqlama verib. Henri qeyd edib ki, tullantı problemi yeni gündəmdə olan bir problem deyil. 1960-cı illərdəki güclü rəqabət zamanı Sovet İttifaqı və ABŞ orbiti nəzərə almadan çoxlu sayda raketlər buraxdılar.

Raketlər kosmosa göndərildiyi zaman onlar digər tullantılar kimi yox olmur. Kosmosdakı tullantı bioloji parçalana bilməz. Nəticədə, təqribən10 santimetr böyüklüyündə on minlərlə tullantı meydana gəldi.
Peyk Sənayesi Assosiasiyasının üzvü Tereza Consun sözlərinə görə, artıq təhlükəli həddə çatmış Yer orbitindəki peyk hissələrinin sayının artacağı gözlənilir. Cons yaxın illərdə minlərlə peykin orbitə buraxılacağını bildirib. O, həmçinin bildirib ki, hazırda orbitdə 5 minə yaxın peyk var.
Astroscale-in qlobal marketinq kommunikasiyaları üzrə vitse-prezidenti Dave Hebert problemin həll olunmasına maneənin təkcə texniki olmadığını bildirdi. O, texniki maneələrlə yanaşı iqtisadi və siyasi çətinliklərin də olduğunu bildirib.
Kosmik tullantılara nəzarətin bir hissəsi BMT-nin Kosmosdan Sülh Məqsədli  İstifadə Komitəsi-nin ixtiyarındadır. Amma bu vəziyyət əslində fikir birliyindən asılıdır. Bu halda da Rusiya, Çin və ya ABŞ qəbul etmədikcə heç bir dəyişiklik olmayacaq .

Twitter milyonlarla dollarlıq cəza ödəyəcək

Əvvəlki

The Witcher 4-dən gözlənilən xəbər gəldi

Sonrakı
Login/Sign up