FACEBOOK

Pink Floyd qrupunun gitaristi Facebook CEO-sunun təklifini rədd etdi

0

Pink Floyd-un keçmiş müğənnisi və bas gitaristi Roger Waters şok bir açıqlama ilə gündəmə gəldi. Waters-ın iddiasına görə, Facebook CEO-su Mark Zuckerberg reklam kampaniyasında 1979-cu ildə çıxan The Wall mahnısını istifadə etmək istəyib. Amma İngilis musiqiçi və bəstəkar milyonlarla dollarlıq təklifi rədd edib və “yox” cavabını verib.

Hadisə ötən həftə Nyu-Yorkda bir tədbirdə baş verib. Həbsdə olan WikiLeaks-in qurucusu Julian Assange-ı dəstəkləyən bir forumda iştirak edən 77 yaşlı musiqiçi Facebook qurucusunun 1979-cu ildə oxuduğu “Another Brick in the Wall (Part 2)” mahnısını istifadə etməsi üçün ona “böyük bir pul” təklif etdiyini iddia edib. Bu təklifə çox sərt bir cavab verən məşhur rok ulduzu təklifi həmin səhər aldığını söyləyib və “Heç vaxt” deyərək vulqar ifadə işlədib.

Facebook hələ mövzu ilə əlaqədar bir açıqlama verməsə də, şirkətin Waters-in açıqlamalarına necə cavab verəcəyi maraq doğurur.

Dünya liderlərinin istifadə etdiyi mobil telefonlar

Əvvəlki

Apple rəsmi olaraq Podcast abunəliyini istifadəyə verdi

Sonrakı
Login/Sign up