TEXNOLOGİYA

Piaggio karqo daşıyan Gita ilə bazara geri dönməyə hazırlaşır

0

1946-cı ilində çıxardığı Vespa adlı skuteri bazara təqdim edən İtalyan avtomatik firması Piaggio, əslində, motorlu daşıma dünyasına fərqli bir baxış gətirmişdi. İndi isə Piaggio Fast Forward adı ilə karqo çatdırılma bazarına yeni bir nəfəs gətirməyə çalışır. Piaggio Fast Forward ilk karqo robotu Gita-nın kompakt versiyasını bazarda nümayiş etdirdi.

Gitamini adı verilən karqo robotu 2 böyük təkərin üzərində hərəkət edir və robot sahibini izləyir. Bütün bunları edən robotun süni zəka ilə işləyən görmə sistemi yəni kamera və sensoru var. Robot 13 kilo çəkidədir və 9 kiloqrama qədər yükü daşıya bilir.

Şəxsi köməkçi vəzifəsini yerinə yetirən robot daha çox market alış-verişi, çantadakı yükü daşımaqda əlverişlidir. Robot barmaq izi ilə açılan kilid sisteminə də sahibdir. Əşyalarınızı robotun baqajına qoyub kilidləmək mümkündür. 

Robotun əsas vəzifəsi insanlara xidmət etmək üçün nəzərdə tutulsa da, Amerikada hava limanında yük daşımaq üçün istifadə edilir. Robotu 15 oktyabrdan etibarən mygita.com-dan 2950 dollara ala bilərsiniz.

Xiaomi Civi-nin özəllikləri təqdimatdan əvvəl bəlli oldu

Əvvəlki

Son 1 ilin ən çox donan platformalarının siyahısı açıqlandı

Sonrakı

Rəylər

Login/Sign up