TEXNOLOGİYA

Perseverance Marsda haradan gəldiyi bilinməyən bir qaya tapdı

0

NASA-nın Perseverance adlı kosmik gəmisi bir müddətdir ki, Marsdadır. Gəmi fevral ayının sonunda müvəffəqiyyətli eniş etdi və mart ayının çox hissəsini özünün müxtəlif sistemlərini sınaqdan keçirdi və uzun bir səfərdən sonra hər şeyin hələ də problemsiz işlək vəziyyətdə olduğuna əmin oldu.

Kosmik gəmi, üzərinə yerləşdirilən balaca helikopter, Ingenuity-nin ilk uçuşunu reallaşdırmağı gözləyir. Elm adamları isə yaxınlıqdakı qayaları incələmək üçün Perseverance-i istifadə edirlər. Tədqiqat zamanı bir qaya parçası Perseverance gəmisinin diqqətini çəkdi. NASA bildirir ki, elm adamları bu maraqlı qayanın haradan gəldiyini müzakirə edirlər.

NASA Perseverance-in rəsmi Twitter hesabında paylaşdığı bir tvitlə ağıllı gəminin qayaya lazerlə zərbələr vurduğunu və qaya barəsində daha çox şey öyrənməyə çalışdığını bildirdi.

15 sm böyüklüyündəki qayanın bir hissəsi tamamilə tozla örtülmüş olsa da, müəyyən bir hissəsi təmiz və parlaqdır.

NASA komandası qaya ilə bağlı bir çox fərqli fərziyyə irəli sürdü. Bu fərziyyələr içərisində qayanın Marsdakı qayalardan qopmuş və erroziyaya uğramış bir hissə olması, başqa göy cismindən hansısa yolla Mars səthinə düşən qaya parçası olması və meteroit olması var.

Görünüşə görə, NASA bütün mümkün ehtimalların siyahısını çıxarmağa çalışır.

Eşitdiyiniz mahnının adını tapmaq üçün 3 ən məşhur tətbiq

Previous article

Tesla istehsal ediləndən daha çox satıldı

Next article

You may also like

Comments

More in TEXNOLOGİYA