BİZNES

PayPal məşhur sosial media platformasını almağa hazırlaşır

0

Bütün dünyada populyarlığını qoruyan rəqəmsal ödəniş şirkəti PayPal şirkətlərinin sayını artırır. Onlayn alış-veriş etməyi və e-poçt vasitəsi ilə pul göndərməyi və almağı təmin edən şirkət populyar sosial media tətbiqini satın alaraq gəlirini artırmaq istəyir.

2020-ci ildə açıqlanan məlumatlara görə, illik 21,45 milyard dollar gəlir təmin edən PayPal-da Venmo, Xoom, Zettle və Honey başda olmaqla müstəqil sektorlardan bir çox şirkət var.

Yeni ortaya çıxan xəbərlər PayPal daxilində şirkətlərin sayının artacağını söyləyir.

Məşhur sosial media platforması Pinterest-i almağa hazırlaşan PayPal şirkətlə görüş keçirib. Bu xəbərə görə Pinterest-in səhmləri artaraq 62.68 dollara yüksəlib. Pinterest görüşlə bağlı açıqlama verməkdən imtina edib. PayPal isə suallara cavab verməyib.

Əgər şirkətlər razılığa gəlsələr, Pinterest PayPal-a 39 milyard dollara başa gələcək. Bu isə o deməkdir ki, Pinterest indiyə qədər satılan ən bahalı sosial media platformasına çevriləcək.

Instagram vaxtilə Facebook-a təxminən 1 milyard dollara, WhatsApp isə 19 milyard dollara satılmışdı. Slack üçün Saleforce tərəfindən 27 milyard dollar  ödənilmişdi.

Tech Talks geri dönür

Əvvəlki

İlon Mask dünyanın ilk trilyoneri ola bilər

Sonrakı
Login/Sign up