MALİYYƏ

PayPal-dan tarixi addım

0

PayPal ABŞ istifadəçilərinə Bitcoin, Ethereum və Litecoin ilə ödəniş etmə imkanı vermə qərarı aldı. Onlayn ödəmə tətbiqi bu addımla kriptovalyutalara dəstəyini iki qat artırdı.

Ötən noyabr ayında ABŞ istifadəçilərinə hesabları vasitəsi ilə birbaşa kripto valyuta alqı-satqısı etmə imkanı yaradan PayPal yeni “Kripto ilə Ödə” xüsusiyyəti ilə istifadəçilərə kriptovalyutalarını dərhal ABŞ dollarına çevirmək imkanı təqdim edəcək.

Bir istifadəçinin uyğun bir satınalma reallaşdırmaq üçün kifayət qədər kriptovalyuta balansı varsa, bu xüsusiyyət avtomatik olaraq PayPal hesabında görünəcək. Amma onu da diqqətinizə çatdıraq ki, hər bir satın alma üçün yalnız bir növ kripto valyutadan istifadə edilə biləcək.

PayPal kripto valyuta dəstəyi təklif edən ilk ödəniş tətbiqi deyil. 2018-ci ildə rəqibi Square, Cash App-də Bitcoin-ə bu yolla dəstək vermişdi.

Rick and Morty-nin 5-ci mövsümü Netflix-də yayımlanacaq

Previous article

Periscope ilə sağollaşmağa hazır olun

Next article

You may also like

Comments

More in MALİYYƏ