ƏYLƏNCƏOYUN

Payday 3-ün çıxış tarixi bəlli oldu

0

Payday 3 oyununun çıxış tarixi açıqlandı. Developer Starbreeze, Koch Media ilə bir müqavilə bağladı. Koch oyunun inkişafına və satışına kömək üçün 50 milyon avro (59 milyon dollar) ödəyəcək.

Starbreeze son illərdə maliyyə problemləri yaşadığı üçün bu dəstək şirkət tərəfindən oyun sektorunda imza atacaqları yeni uğurların təməli olaraq görülür.

Starbreeze şirkəti bu sərmayə sayəsində 3. oyun üçün maliyyə dəstəyinin verilmiş olduğunu açıqladı. Açıqlamada oyunun konsol və PC-də dəstəklənəcəyi və 2023-cü ildə satışa çıxarılacağı da söylənildi.

Oyun hələ dizayn mərhələsindədir. Buna görə də oyunun bu yaxınlarda yayımlanmasını gözləməyin. Amma yenə də Payday azarkeşlərinin sevinmək üçün artıq bir səbəbləri var.

Gotham Knights-ın buraxılış tarixi təxirə salındı

Əvvəlki

Google Novruz bayramı üçün doodle hazırladı

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up