BİZNESGOOGLE

Nusr-Et Google-da mənfi rəyləri silməkdə günahlandırılır

0

Avropada “Salt Bae” olaraq tanınan və hazırda dünyanın ən məşhur şəhərlərində Nusr-Et Steakhouse adı altında fəaliyyət göstərən lüks restoranlar şəbəkəsinin sahibi Türkiyəli qəssab-aşpaz Nusret Gökçənin adını yəqin ki, siz də eşitmisiniz.

O, hazırda təkcə bişirdiyi ətlərin ləzzəti ilə deyil, həm də özünəxas videoları ilə sosial mediada məşhurlaşıb.

Nusretin videolarını özünəxas edən onun duz səpmək üsulu oldu. Bu üsul onu sosial mediada fenomenə çevirdi və o vaxtdan bəri Instagramda 39 milyondan çox izləyiciyə sahib oldu.

Çoxları tərəfindən sevilən, şöhrəti Türkiyədən bütün dünyaya yayılan Nusr-Et Steakhouse bu dəfə İngiltərədə tənqid hədəfinə çevrilib. Ötən ay restoranın yeni açılmış London filialında yemək yeyən bir şəxs hesab qəbzini Twitter-də paylaşıb. Sözügedən qəbzdə  Tomahwak steykinin qiyməti 1450 funt sterlinq olub. Müştəri fantastik qiymətlərdən şikayətlənib və restorana öz mənfi rəyini bildirib.

Bu müştəri restoranın yüksək qiymətlərindən şikayətlənən ilk şəxs olmayıb. Belə ki, ötən ay bir çox müştəri hesab qəbzini paylaşıb və eyni səbəbdən öz şikayətlərini sosial media platformalarından bildiriblər.

Maraqlısı budur ki, restoran Google-da hələ də 4,8 ulduzlu görünür. My London News-a görə, restorana yönəldilən mənfi rəylər London filialının açılmasının ilk günlərində yoxa çıxıb. Bundan əlavə, Google-da görünən restoran rəyləri ümumiyyətlə müsbət rəylərdir. Eyni zamanda restoran Facebook-da da çox az mənfi rəy göstərir.

Belə nəticəyə gəlmək olar ki, Nusret mənfi rəyləri silir.

Oppo K9s-in təqdimat tarixi açıqlandı

Əvvəlki

Dragon Age 4 pərəstişkarlarını məyus etdi

Sonrakı
Login/Sign up