SMARTFON

Nothing Phone fərqli şəkildə satışa çıxacaq

0

Əsas xüsusiyyətləri, dizaynı və buraxılış tarixi daha əvvəl məlum olan Nothing Phone maraqlı bir şəkildə satışa çıxarılacaq.

Nothing Phone iyulun 12-də buraxılacaq. Şirkət ilk 100 telefonu təqdim etməzdən əvvəl 21 iyun – 23 iyun tarixlərində StockX-də hərraca çıxaracaq. Hərracda yalnız StockX hesabı olan istifadəçilər iştirak edə biləcək.

Digər hərraclarda olduğu kimi ən yüksək qiymət təklif edən 100 iştirakçının Nothing Phone telefonunu əldə etmək şansı olacaq. Məhsul 5 həftə ərzində sahibinə çatdırılacaq. Cənubi Koreya və Meksika hərracda iştirak edə bilməyəcək.

Nothing Phone adı verilən və şəffaf dizayna sahib olan smartfonun içərisindəki komponentlər görünür. Kamera quruluşu 2017-ci ildə debüt edən iPhone X-ə çox bənzəyir. Digər tərəfdən, arxa paneldə ağ LED işıqlar olacaq.

Cihaz naqilsiz enerji doldurma dəstəyinə malikdir. Bundan əlavə, onun çərçivələri ekoloji cəhətdən təmiz məhsuldan olacaq.
8 GB-a qədər RAM və 128 GB-a qədər yaddaşla satışa çıxması gözlənilən smartfon 6,55 düymlük FHD+ təsvir ölçülü OLED panelə sahib olacaq. Smartfon batareya tərəfində 45 Vt dəstəyi ilə 4500 mAh batareya ilə təchiz edilib.
Smartfon Qualcomm Snapdragon 7 Gen 1 prosessoru ilə təchiz edilib. TSMC-nin 4 nm istehsal prosesi ilə istehsal edilən çipset bir 2,4 GHz ARM Cortex-A710 (Kryo), üç 2,36 GHz ARM Cortex-A710 və dörd 1,8 GHz ARM Cortex-A510 nüvəsinə malikdir.

SpaceX tarix yazdı: 36 saatda kosmosa 55 peyk göndərdi

Əvvəlki

Thor: Love and Thunder filminin yeni treyleri yayımlandı

Sonrakı
Login/Sign up