SMARTFON

Nokia G20 və G10 modelləri təqdim edildi

0

HMD (The Home of Nokia Phones) Global Nokia smartfonlarının 3 fərqli modelini ictimaiyyətə təqdim etdi. Yeni Nokia G10, Nokia X10 və Nokia C10 modelləri Android əməliyyat sistemi ilə işləyir.

Hər iki model də bir-birinə bənzəyir. Nokia G20 4 arxa kamera və 1 ön kamera ilə gəlir. Arxada 1 48 MP əsas kamera, 1 ultra geniş bucaqlı, 2 MP makro və 2 MP dərinlik kamerası var. Ön tərəfdə 1 8 MP-lik selfie kamerası var.

Nokia G10-un arxasında 13 MP əsas kamera, 2 MP makro və 2 MP dərinlik kamerası var. Ultra geniş bucaqlı kamera Nokia G10-da mövcud deyil. Nokia G10-un ön tərəfində G20-dəki kimi 8 MP selfie kamerası var. Hər iki cihazda da 6.52 düymlük IPS LCD ekran bizi qarşılayır. Nokia G20, 12nm MediaTek Helio G35 prosessoru ilə təchiz edildiyi halda, Nokia G10, MediaTek Helio G25 ilə təchiz edilmişdir. G20-də iki yaddaş – 64 GB / 128 GB və tək bir RAM-4/4 GB seçimi var.

Nokia G10-da yaddaş həcmi 32/64 GB, RAM isə 3/4 GB-dir. Hər iki cihaz 5050 mAh batareyaya sahibdir. Batareyanı doldurmaq üçün 10W-luq adapter istifadə olunur. Hər iki cihazda əməliyyat sistemi olaraq Android 11 istifadə olunur. Nokia G20-nin qiyməti 190 dollar və G10 166 dollardır.

Hər iki cihaz da bu ayın sonunda satışa təqdim ediləcək və 2 il müddətinə proqram yeniləmələri alacaq.

Sea of Thieves oyununun 2-ci mövsümünün çıxış tarixi açıqlandı

Previous article

Sony filmləri Netflix-də yayımlanacaq

Next article

You may also like

Comments

More in SMARTFON