TEXNOLOGİYA

Neuralink-in rəsmi Twitter hesabı ağıl gücü ilə Pong oynayan meymunun videosunu paylaşdı

0

Neuralink-in rəsmi Twitter hesabı ağıl gücü ilə Pong oynayan meymunun videosunu paylaşdı. İlon Mask videonu “retweet” etdi və layihənin hansı mərhələdə olduğunu göstərdi.

Dünyanın texnologiya nəhəngi ağıl siqnalları ilə cihazların idarəsini təmin edən Neuralink layihəsini ilk dəfə 2017-ci ildə təqdim etmişdi. Paylaşılan meymun videosu isə bu layihənin ən yüksək səviyyəli nümunəsidir.

Mask iflic olan insanların Neuralink sayəsində ağıllı telefonlardan çox asanlıqla istifadə edəcəklərini bildirdi. Eyni zamanda Neuralink ilə telefon istifadəsi sensordan daha sürətli olacaq.

Layihənin məqsədi kompüterlə insan ağlını ən yaxın nöqtəyə çatdırmaq və çiplə xroniki xəstəliklərə çarə tapmaqdır.

Layihə yaddaş itkisi, eşitmə itkisi, görmə problemləri, iflic, depressiya, yuxusuzluq, ağrı və bir çox beyin xəstəliklərini müalicə edəcək.

Neuralink-in bir insana yerləşdirilməsi üçün bir saatdan az vaxt lazım olacaq və xəstə eyni gün evə buraxılacaq. Bununla birlikdə lokal anesteziyaya ehtiyac qalmayacaq.

The Day Before video oyununun treyleri yayımlandı

Previous article

2021-ci ildə alına biləcək ən yaxşı Samsung telefonları

Next article

You may also like

Comments

More in TEXNOLOGİYA