ƏYLƏNCƏFİLM

Netflix ən populyar serialları açıqladı

0

Dünyanın ən populyar rəqəmsal yayım platforması ünvanına sahib olan Netflix, 2 ildir ki, müntəzəm olaraq platforma daxilində istifadəçilər tərəfindən ən çox baxılan serial və filmləri ictimaiyyətlə paylaşır. Buna görə şirkət həftəlik, aylıq, illik və bütün zamanların ən çox izlənmə müddətinə görə fərqli siyahılar dərc edir. Təbii ki, bəzi siyahılar var ki, bu istehsallar yerli və xarici olmaqla yanaşı, məzmunun dilinə görə sıralanır. Bu həftə isə şirkət ümumi izlənmə müddətinə görə təşkil etdiyi ötən həftənin Top10 siyahısını paylaşıb.

Netflix-in paylaşdığı siyahının başında 102 milyon 260 min izlənmə saatı ilə Stranger Things-in 4-cü mövsümü gəlir. Bu serialın ilk 3 sezonu son 4 həftənin Top10 siyahısına girməyi bacardı. Hətta gündəlik, həftəlik və ümumi baxış sayına görə Squid Game-i keçərək rekord qırmağı bacardı.

Siyahının ikinci pilləsində 61 milyon 360 min izlənmə saatı ilə Peaky Blinders-in 6-cı mövsümü qərarlaşıb. 3-cü yerdə 48 milyon 770 min izlənmə saatı ilə First Kill-in 1-ci mövsümü qərarlaşıb. Əlavə olaraq qeyd edək ki, The Lincoln Lawyer də 6 həftədir ki, Top10-a girməyi bacarıb.

Film (İngiliscə) Ümumi izlənmə saatı
1 Stranger Things 4 102 milyon 260 min
2 Peaky Blinders: 6. sezon 61 milyon 360 min
3 First Kill: 1. sezon 48 milyon 770 min
4 Stranger Things 3 38 milyon 900 min
5 Stranger Things 2 38 milyon 660 min
6 Stranger Things 35 milyon 880 min
7 Keep Sweet: Pray and Obey 27 milyon 640 min
8 God’s Favorite Idiot: 1. sezon 22 milyon 480 min
9 The Lincoln Lawyer: 1. sezon 17 milyon 550 min
10 Peaky Blinders: 1. sezon 16 milyon 420 min

Thor: Love and Thunder filminin yeni treyleri yayımlandı

Əvvəlki

Xiaomi-nin büdcə dostu flaqmanı təqdim olundu

Sonrakı
Login/Sign up