ROBOTTEXNOLOGİYA

NASA robotunun Bennu asteroidinə enməsinə az qaldı

0

NASA-nın təxminən bir yük maşını böyüklüyündəki “Osiris-Rex” kosmik gəmisi, növbəti həftə Bennu asteroidinə qısa bir eniş edəcək və topladığı nümunələrlə dünyaya geri qayıdacaq. Layihə günəş sistemini daha yaxşı başa düşmək baxımından NASA üçün böyük əhəmiyyətə malikdir.

NASA-nın “Osiris-Rex” kosmik gəmisinin çərşənbə axşamı günü, yəni 2020-ci il 20 Oktyabr tarixində  tam adı “101955 Bennu” olan asteroidə enməsi gözlənilir. 10 ildən çox müddətə dizayn edilmiş kosmik gəmi 8 sentyabr 2016-cı il tarixində Floridadakı Atlas V raketi üzərində səyahətə başlamışdı. O vaxtdan bəri, mütəxəssislər ən yaxşı nümunə götürmə nöqtəsini seçə bilmək üçün asteroidin  ətrafında 2 il sərf etməli oldular.

Bennu asteroidinin Günəş sisteminə açılan bir pəncərə olduğu düşünülür. Buna səbəb isə  həm planetlərin, həm də həyatın təməl elementlərindən biri olan karbonun asteroidin səthini əhatə etməsidir.

20 Oktyabr Çərşənbə axşamı günü reallaşacaq olan eniş NASA-nın yayımı ilə canlı izləniləcək. Digər tərəfdən, enmə ilə bağlı ən son yenilikləri almaq üçün “Osiris-Rex” -in Twitter səhifəsini ziyarət edə bilərsiniz.

 

Mənbə

Cef Bezosun raketi eniş texnologiyasını test edib

Əvvəlki

Google daha bir tətbiqini istifadədən qaldırır

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up