ROBOTTEXNOLOGİYA

NASA Perseverance-in bu il çəkdiyi ən çox bəyənilən şəkilləri yayımladı

0

NASA 2021-ci ildə Mars roveri Perseverance tərəfindən çəkilmiş insanların ən çox bəyəndiyi şəkilləri bir araya toplayaraq video hazırladı.

Bildiyiniz kimi fevral ayında NASA Mars planetinə “Perseverance” adlı roverini göndərdi. Roverin missiyası Mars planetində tədqiqatlar aparmaq, şəkillər çəkmək və planetin səthindən topladığı nümunələri özü ilə birlikdə Yerə gətirməkdir.

Bu yüksək inkişaf etmiş və ağıllı robot ötən bu müddət ərzində bizimlə yeni evinin qeyri-adi foto və videolarını paylaşdı. NASA izləyicilərin ən çox bəyəndiyi şəkilləri toplayaraq video hazırladı və internetdə paylaşdı.

NASA Perseverance-in rəsmi Twitter hesabında paylaşdığı videonun izah hissəsində “Mənim qaya kolleksiyasına olan həvəsim yalnız fotoqrafiya sevgimlə üst-üstə düşür. Hər həftə sevimli yeni şəkillərimi bəyəndiyiniz üçün təşəkkür edirik – daha çoxunu gözləyirik! ” ifadələrini yazıb.

CES 2022-də onlayn iştirak edəcək şirkətlər hansılardır?

Əvvəlki

Samsung Galaxy S23 Ultra 200 meqapiksellik sensorla gələcək

Sonrakı

Rəylər

Login/Sign up