TEXNOLOGİYA

NASA Marsda oksigen əldə etdi

0

Amerika Aerokosmik Agentliyi (NASA) Perseverance missiyası çərçivəsində Marsda araşdırmalara davam edir. 2021-ci il fevralın 18-də Marsdakı Jezero kraterinə kosmik gəmi göndərən  NASA, Mars səthində həyat izləri axtarır.

Nümunələr toplamaq və təcrübələr aparmaq kimi müxtəlif hədəfləri olan NASA, Mars missiyasında bir ilkə imza atdı. NASA Qırmızı Planetdə oksigen istehsal etməyi bacardı.

Agentliyin verdiyi açıqlamaya görə, 20 aprel tarixində Mars atmosferindən alınan karbon dioksid müvəffəqiyyətlə oksigenə çevrildi. NASA bunu planetin səthindəki kosmik gəminin içərisindəki MOXIE adlı cihaz sayəsində etdi.

NASA və Jet Propulsion tərəfindən hazırlanmış MOXIE, planetin atmosferindən mənimsədiyi karbondioksidi 1470 dərəcədə qızdıraraq karbonmonoksid əldə etdi. Yaranan karbonmonoksidi molekullarına ayırmağı bacaran cihaz, beş qram oksigen istehsal etdi.

Əldə olunmuş oksigen bir astronavtın 10 dəqiqə tənəffüsü üçün kifayət edəcək qədərdir.

Həm insanların, həm də onları daşıyan raketlərin kosmosda oksigenə ehtiyacı var. Dörd astronavt daşıyan bir kosmik gəminin planetin səthindən qaldırılması üçün 24 tondan çox oksigenə ehtiyacı var. Bu miqdarda oksigenin daşınmasının mümkün olmadığını bildirən Aerokosmik Agentliyi inkişaf edən texnologiya sayəsində lazımlı oksigeni özü istehsal etməyi hədəfləyir. Lakin bu o demək deyil ki, həyat üçün kifayət qədər oksigen planetdə asanlıqla istehsal edilə bilər.

Marsda yaşayış üçün bir mühit yaratmaq üçün NASA-nın MOXIE-dən 100 dəfə böyük oksigen generatorları quraşdırması lazımdır. Təəssüf ki, mövcud texnologiya belə bir fürsəti həyata keçirmək üçün kifayət deyil.

Google “Dünya günü”nə özəl doodle yaratdı

Previous article

Ev heyvanlarına mikroçip taxılacaq

Next article

You may also like

Comments

More in TEXNOLOGİYA