TEXNOLOGİYA

NASA Marsda keçmiş həyat izləri tapdı

0

NASA-nın Marsa göndərdiyi Perseverance adlı kosmik gəmisi Marsda həyat izləri axtararkən Qırmızı Planetin altındakı həyat üçün lazımlı komponentləri aşkara çıxardı. Tədqiqatçılar bu tapıntıların mikrobiyal həyatı dəstəkləyən kimyəvi reaksiyalar ola biləcəyini söylədilər.

Perseverance-in tədqiqatı Astrobiology jurnalında dərc edildi. ABŞ-dakı Brown Universitetinin tədqiqatçıları meteoritləri araşdırdılar. Marsın səthindən uçub Yerə düşən Mars meteoritlərinin kimyəvi tərkibinə baxdılar. Təhlil göstərdi ki, bu süxurlar su ilə davamlı təmasda olsalar kimyəvi enerji istehsal edəcəklər. Bu komponentlər Yerin tədqiq olunmamış dərinliklərində sağ qalan mikrobiyal həyatı dəstəkləyən reaksiyalara bənzəyir. Bu meteoritlər Mars qabığının geniş sahələrini əhatə etdiyi üçün tapıntılar Marsən yeraltı hissəsinin böyük bir hissəsinin yaşayış üçün yararlı ola biləcəyini göstərir.

Son illərdə elm adamları Yerin dərinliklərində böyük bir biyomun yerləşdiyini kəşf etdilər. Günəş işığından məhrum olan bu canlılar süxurlar su ilə təmasda olduqda meydana gələn kimyəvi reaksiyalara bənzər komponentlərdən istifadə edərək sağ qalırlar. Bu reaksiyalardan biri də süxurların içərisindəki radioaktiv elementlərin məsamə və çatlaq boşluqlarında qalmış su ilə reaksiyaya girməsi nəticəsində meydana gələn radiolizdir. Reaksiya su molekullarını tərkib hissələrinə, hidrogenə və oksigenə ayırır. Sonra, ayrılan hidrogen yeraltı sularda həll olur, pirit (dəmir sulfid) kimi minerallar oksigeni udaraq sulfat minerallarını əmələ gətirir. Biyom hidrogeni yanacaq kimi həzm edir və bu yanacağı yandırmaq üçün sulfatlarda qorunan oksigendən istifadə edir.

Realme Watch 2-nin çıxmasına çox az qaldı

Previous article

Valheim Steam-də rekordları qırmağa davam edir

Next article

You may also like

Comments

More in TEXNOLOGİYA