TEXNOLOGİYA

NASA Marsda helikopter uçurdu

0

ABŞ-ın mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi olan NASA çoxdandır gözlənilən bir ilkə imza atdı.

Nod.az-ın əvvəlki yazılarından da bildiyiniz kimi NASA Marsa elmi tədqiqatlar üçün Perseverance adlı kosmik gəmisini uçurdu və gəmi müvəffəqiyyətlə uzun yolunu qət edərək planetə uğurlu eniş etdi.

NASA-nın bu möhtəşəm layihəsinə həyəcan qatan bir detal da var idi. Bu da Agentliyin kosmik gəmiyə yerləşdirdiyi balaca ölçülü Ingenuity adlı bir helikopter idi. Ingenuity uzun müddətdir ki, öz uçuş vaxtını gözləyirdi. Sonunda dünyada bir ilk olacaq hadisə reallaşdı və helikopter kosmik gəmidən ayrılaraq Marsın səthi üzərində uçdu. Bu motorlu bir hava nəqliyyatının başqa bir planetdə həyata keçirdiyi ilk uçuş olaraq tarixə düşdü.

Marsdan NASA-ya gələn bilgilərə görə, Ingenuity 3 metr yüksəklikdə, bir dəqiqədən daha az müddətdə havada qalıb. NASA-nın istədiyi də elə bu idi. Çünki bu son uçuş deyil. Helikopter hələ bir neçə dəfə də havalanacaq. Mərhələli şəkildə, hər dəfəsində daha uzun müddət və daha yüksəkdə havada qalacaq. Uçuşun əsas məqsədi başqa planetdə motorlu hava nəqliyyatının işləyib-işləməyəcəyini görməkdir.

Əslində uçuş əvvəlcə 11 aprel tarixinə planlaşdırılmışdı, lakin helikopetrdə olan proqram səhvinə görə uçuş təxirə salınmışdı.

Love Death + Robots 2-ci mövsümünün çıxış tarixi açıqlandı

Previous article

Netflix-in Dota fimindən sevindirici xəbər gəldi

Next article

You may also like

Comments

More in TEXNOLOGİYA