TEXNOLOGİYA

NASA Azərbaycan muğamını kosmosa göndərib

0

Kosmos, NASA, Azərbaycan muğamı- sizin üçün də maraqlıdır bu üç sözü birləşdirən səbəb? Əgər maraqlıdırsa, gəlin qayıdaq 42 il bundan əvvələ.

1977-ci ildə iki kosmik gəmi – Voyager 1 və Voyager 2 NASA tərəfindən kosmosa göndərilir. Bu iki kosmik gəminin əsas məqsədi Neptun, Saturn və Yupiterin araşdırılması idi. 1989-cu ildə Voyager-lər öz missiyalarını başa vurur və uzay boşluğunda 17.6 işıq ili uzaqlığındakı AC+79 3888 ulduzuna doğru uçuşuna davam edir.

NASA da düşünür ki, fürsətdən istifadə yadplanetlilərə də bir salam verək. Agentlik Voyager 1 kosmik gəmisini uçurmazdan əvvəl gəmiyə qızıl plastinka yerləşdirir. Plastinkaya mahnılar, şeirlər, rəsmlər, yağış və külək kimi müxtəlif təbiət hadisələrinin  səsləri qeyd olunur. Məqsəd odur ki, bu plastinka yadplanetlilərin əlinə keçdikdə onlara öz sivilizasiyamızı, günəş sistemimizi tanıdaq və Yer kürəsi, buradakı mədəniyyətlər barəsində dolğun məlumat verək.  Bütün bu səslər dünyanın bütün mədəniyyətlərini özündə birləşdirməsə də, 65%-ni əhatə edir. Mədəniyyət demişkən gələk bizi qürurlandıracaq ən əsas məsələyə. NASA-nın qızıl plastinkasına  27 melodiya ilə birlikdə Azərbaycanın dünya incisi muğam da əlavə olunur. Seçilmiş muğam Vətənimizin klassik muğamlarından biri olan Şur muğamıdır. Bu yenə də Azərbaycan mədəniyyətinin böyüklüyünün, möhtəşəmliyinin, qədimliyinin və muğamımızın nəinki bir dünya, kainat incisi olduğunun sübutudur.

Hazırda bizdən 21.8 milyard kilometr uzaqlıqda olan və müvəffəqiyyətli yol qət edərək uzaqlaşmağa davam edən Voyager 1 və qızıl plastinka yadplanetlilərin əlinə keçməsə də yəqin ki, bizim gələcək nəsillərimizin əlinə keçər.

Nod.az olaraq əziyyət çəkib kosmosa raket göndərən və bu böyük layihəsində təkcə Amerikanı yox, bütün insanlığı tanıtmağa çalışan  NASA-ya da öz təşəkkürümüzü bildiririk.

3 yeni Godzilla oyunu gəlir

Previous article

Facebook və Google iki qitəni birləşdirəcək

Next article

You may also like

Comments

More in TEXNOLOGİYA