Kosmos

NASA Ayda mədən işlərinin aparılması ilə bağlı müsabiqə keçirdi

0

Yerin yeraltı sərvətləri yavaş-yavaş tükənir. Buna görə də, yeni təbii sərvətlərə olan tələbat bu sahədə çalışan mütəxəssislərin fikrini kosmosa yönəldib. Müxtəlif yeraltı sərvətlər tapmaq üçün zəngin ərzailərin axtarışı görünüşə görə artıq Ay səthində də davam etdiriləcək.

NASA Ayın səthində və altında təbii sərvətlər aşkar etmək üçün tədqiqat işləri apara biləcək robotların hazırlanması ilə bağlı yarış keçirib. Lunabotics adlanan yarışmada qazma işləri apara bilən robotlar yer alıb. 39 müxtəlif universitetin komandaları Ayın səthini təşkil edən reqolit adlı materialı ən yaxşı şəkildə qazmaq üçün yarışıblar.

Tədbirdə iştirak etmək üçün öz universitetlərində xüsusi robotlar dizayn edən komandalar bu prosesdə NASA texnologiyasından faydalanıblar. Uğurlu komandalar robotların təqdimatı üçün NASA-nın Kennedi Kosmik Mərkəzində yerləşən Floridadakı Kosmik Təhsil Mərkəzinə (CSE) dəvət olunublar.

Builki tədbir ilk dəfə müsabiqənin xüsusi hazırlanmış reqolit arenasında keçirilib. Yeni şərtlərə baxmayaraq, komandaların kifayət qədər uğurlu çıxış etdiyi bildirilib. Komandalar həmçinin simulyasiyada gözləniləndən daha çox qazıntı apara biliblər. Müsabiqənin qalibi Alabama Universiteti olub. Qalib komanda Joe Cosmo Mükəmməllik Mükafatına layiq görülüb.

Xiaomi 12S seriyasının təqdimat tarixi açıqlandı

Əvvəlki

Red Bull öz avtomobilini istehsal etməyə hazırlaşır

Sonrakı
Login/Sign up