Kosmos

NASA Aya “qoyun” göndərəcək

0

NASA Ay missiyası üçün işlərini davam etdirir. Artemis 1 missiyası çərçivəsində pilotsuz raket buraxmağı planlaşdıran NASA uçuş maketi kimi animasiya personajını seçdi. ESA “astronavtı” Qoyun Şaun (Shaun the Sheep) Artemida 1 ilə Aya göndəriləcək.

Shaun the Sheep canlı olmasa da, texniki olaraq Artemida missiyasında Aya gedən ilk ESA “astronavtı” olacaq. Artemis 1 missiyası pilotsuz həyata keçiriləcəyi üçün animasiya personajının seçilməsi layihənin daha çox diqqəti cəlb etməsinə şərait yaradacaq.

ESA direktoru David Parker etdiyi açıqlamada “Bu buraxılış Shaun və agentlik üçün həyəcan verici olacaq. Onun bu vəzifəyə seçilməsinə çox şadıq. Bunun insan üçün kiçik bir addım olsa da, qoyunlar üçün nəhəng bir sıçrayış olduğunu başa düşürük”. ifadələrini işlətdi.

Yeni nəsil SLS raketinin sınaqları uğurlu olarsa, Artemis 1 missiyası avqustun 23-də başlaya bilər. Raket Orion kosmik gəmisi ilə birlikdə NASA-nın maketi Shaun the Sheep-i kosmosa aparacaq.

Kosmik gəmi Ayın cazibə qüvvəsindən istifadə edərək sürət qazanacaq və Aydan 70.000 km kənara çıxacaq və Ay ətrafında uçuş həyata keçirəcək. ESA-nın açıqlamasına görə, bu, bəşəriyyətin indiyə qədər çatdığı ən uzaq Ay nöqtəsi olacaq.

iPhone 14 və iPhone 14 Pro arasındakı fərqlər nə olacaq?

Əvvəlki

James Webb bəşəriyyətin indiyədək gördüyü ən uzaq qalaktikanı kəşf etdi

Sonrakı
Login/Sign up