TEXNOLOGİYA

NASA Aya göndərəcəyi yeni namizədləri seçdi

0

ABŞ Aerokosmik Agentliyi (NASA) Aya göndərmək üçün yeni astronavt namizədlərini seçdi.

2020-ci ilin mart ayında kosmos agentliyinə 12.000-dən çox müraciət edənlər içərisindən seçilən altı kişi və dörd qadın rəsmi olaraq astronavt namizədi oldu.

Bu on nəfərdən ibarət komandanı indi çətin məşq prosesi gözləyir. Onlar NASA-nın Johnson Kosmik Mərkəzində təxminən iki illik təlim zamanı agentliyin T-38 reaktiv təyyarə parkında uçmağı, kosmosda gəzinti təlimini, robot texnikasını və bir çox digər missiyaları öyrənəcəklər. Uğur qazananlar astronavt statusu alacaqlar.

Uğur qazanan namizədlər Artemis missiyası çərçivəsində Ayın səthinə enəcək və tapşırıqları yerinə yetirəcəklər. Təbii ki, astronavtların digər kosmik missiya imkanları da olacaq.

NASA tərəfindən seçilmiş on nəfər namizədin adlarını təqdim edirik:

  • Nichole Ayers
  • Marcos Berríos
  • Christina Birch
  • Deniz Burnham
  • Luke Delaney
  • Andre Douglas
  • Jack Hathaway
  • Anil Menon
  • Christopher Williams
  • Jessica Wittner

Bu insanların əksəriyyəti ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində hərbi təcrübəyə malikdir.

Alec Baldwin Twitter hesabını bağladı

Əvvəlki

Samsung çip böhranı ilə bağlı öz proqnozunu verdi

Sonrakı

Rəylər

Login/Sign up