TEXNOLOGİYA

Motorola telefonları uzaqdan enerji ilə təmin edən cihaz satışa çıxaracaq

0

Motorola brendi yeni istehsalı elektrik enerjisiz işləyən cihaz ilə qarşımıza çıxacaq. Cihaz vasitəsi ilə siz telefonunuzu uzaqdan enerji ilə təmin edə biləcəksiniz.

“Space Charging” adını verdiyi cihaz 100 sm uzaq məsafədən 4 fərqli telefonu 5W gücündə batareya ilə təmin edə biləcək.  

5W gücündə olan cihaz ilə enerji yığması çox gec başa gəlsə də bunu elektrikli batareya yığma sürəti ilə müqayisə etməməliyik. Cihazın müsbət tərəfi 4 fərqli telefonu eyni vaxtda batareya ilə təmin edə bilməsidir.

Motorola yaratdığı texnologiyanın yeni olduğunu və mənfi tərəflərini gələcəkdə düzəldəcəyini də vurğulayıb. Hələ ki, bu cihazın nə vaxt satışa çıxacağı barədə heç bir məlumat yoxdur.

Gələcəkdə cihazın təkcə telefon üçün yox, digər texnoloji avadanlıqlar üçün də keçərli olacağı deyilir.

Velosiped sürücülərinin həyatını qoruyan çanta istehsal edildi

Əvvəlki

Gmail ilə artıq axtarış etmək də mümkün olacaq

Sonrakı

Rəylər

Login/Sign up