MALİYYƏ

Möhtəşəm artış! Bitcoin 56 min dolları keçdi

0

Bir müddətdir ki ,ucuzlaşma səbəbi ilə kripto pul bazarına mənfi təsir göstərən Bitcoin, dəyərinin 56 min dolları keçməsi ilə yenidən gündəmə gəldi. Bir çox altkoinlərin ucuzlaşmasına baxmayaraq, Bitcoin və Litecoin-in bahalaşması diqqət çəkdi.

Dünən 55.000 dollardan başlayan Bitcoin, 54.000 dollara düşdü və sonra yenidən bahalaşdı. Gün ərzində təxminən 3% artan Bitcoin,  indi yeni bir rekordla gündəmdədir.

Bitcoin-in yüksəlişi ilə kripto pul bazarı canlandı. Bəzi analitiklər investorların etibarını yenidən qazanmağı bacaran kriptovalyutanın yenidən yeni bir rekorda imza atacağını bildirdi.

Son 2 həftədəki ən yüksək dəyəri ilə diqqətləri üzərinə çəkən Bitcoin, analitiklərə görə növbəti mərhələdə 58.400 dolları keçərək yenidən rekord qıracaq.

Analitiklər artımın ən böyük səbəblərindən biri kimi artan investorları göstərdilər.

Apple AirPods 3 dizaynı haqqında ilkin məlumatlar ortaya çıxdı

Previous article

Netflix hesab paylaşımını sonlandırmağa hazırlaşır

Next article

You may also like

Comments

More in MALİYYƏ