BİZNES

Milyarderlər şəxsi təyyarələrini satırlar. Səbəb nədir?

0

Milyarderlər digər insanlardan daha uzaq bir həyata üstünlük verirlər. Tətil seçimlərində olduğu kimi səyahətlərdə də izdihamdan uzaq olmaq istəyən varlıların ilk seçimi şəxsi təyyarələrdir. Şəxsi təyyarələrin ətraf mühitə vurduğu zərərə görə varlılar bu baxımdan çox dəfə tənqid hədəfinə çevrilirlər.

Louis Vuitton kimi bahalı brendlərin daxil olduğu LVMH-nin baş direktoru Bernard Arnault Bloomberg-in Milyarderlər İndeksinə görə dünyanın ikinci ən zəngin adamıdır. Amazon-un qurucusu Ceff Bezosu 133 milyard dollarla geridə qoyan Arnault şəxsi təyyarələrdən tez-tez istifadə etməsi ilə son zamanlar dəfələrlə Twitter-in mövzusu olub.

Son zamanlar Twitter-də bəzi istifadəçilər varlıların şəxsi təyyarə trayektoriyalarını izləyir və məlumatları sosial şəbəkədə paylaşırlar. Beləliklə, dünyanın ən varlı adamlarının şəxsi təyyarələrindən nə qədər istifadə etdikləri və onların ətraf mühitə nə qədər ziyan vurduğu ortaya çıxır.

Bir müddət Bernard Arnaultun təyyarəsindən xəbər olmaması barədə paylaşımlar oldu. Arnault verdiyi açıqlama ilə məsələyə aydınlıq gətirib. O, şəxsi təyyarəsinin olduğunu və onu satdığını söyləyib. Arnault ətraf mühitə zərər vurmamaq üçün deyil, heç kimin onu izləyə bilməməsi üçün artıq icarəyə götürdüyü təyyarədən istifadə etməyə başlayıb.
Arnault həmçinin bildirib ki, onun şirkət təyyarələrinin yerini bilmək rəqiblərinə üstünlük gətirə bilər. Arnault həmçinin şəxsi təyyarələrdən yalnız biznes məqsədli istifadə etdiyini bildirib.
Bu mövzuda dünyanın ən zəngin adamı olan İlon Mask da tənqid hədəfindədir. Mask şəxsi təyyarəsindən çox istifadə etməsi ilə də tanınır.

House of the Dragon neçə sezon olacaq?

Əvvəlki

Apple TV 4K təqdim edildi

Sonrakı
Login/Sign up