MEDİA

Milli İnternet Mükafatının qalibləri dekabrda açıqlanacaq

0

“MilliNet-2015” Milli İnternet Mükafatının qaliblərinin açıqlanacağı dekabrın ikinci yarısında elan ediləcək.

ICTnews-un məlumatına görə, bu il müsabiqəyə 14 nominasiya üzrə 374 sayt təqdim edilib, bu isə ötən illə müqayisədə 14 %-dək çoxdur.

“MilliNet” Təşkilat Komitəsi bildirib ki, müsabiqə qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçirilir. Hazırda,  1-ci mərhələ üzrə səsvermə davam edir. Bu mərhələdə səsvermənin nəticələrinə əsasən, bütün nominasiyalar üzrə ikinci mərhələyə keçəcək nominantlar müəyyən olunacaq. İkinci səsvermə mərhələsi dekabrın 2-də başlayacaq və dekabrın 11-də saat 00:00-da yekunlaşacaq.

Münsiflərin Milli İnternet Mükafatının finalçılarına verdikləri qiymətlər yalnız dekabrın 2-ci dekadasında keçiriləcək təqdimat mərasimində açıqlanacaq.

Bu arada Mükafatın Təşkilat Komitəsi bildirib ki, bu müddət ərzində saytlarını təqdim edənlər və müxtəlif problemlər səbəbindən müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə müddəti bitənədək yenidən müraciət hüququnu özlərində saxlayırlar. Belə ki, bu kimi problemlə qarşılaşan saytlar üçün son qəbul tarixi noyabrın 30-na qədərdir.

Nokia yeni modeli C1 ilə qayıdır!

Previous article

Avtomobil uşaq oturacaqlarındakı böyük təhlükə

Next article

You may also like

Comments

More in MEDİA