TEXNOLOGİYA

Microsoft-dan iMovie-ə rəqib video tətbiqi gəlir

0

Sosial şəbəkələrdə qısa müddətdə video hazırlamaq üçün bir çox tətbiq var. Bu tətbiqlərdən ən məşhuru Apple-ın iPhone, iPad ve MacBook-lar üçün hazırladığı pulsuz iMovie tətbiqidir.

Windows işlətmə sisteminə sahib kompyüterlər isə bu mövuzda həmişə geridə qalır. Əvvəllər Microsoft-un hazırladığı Movie Maker adlı video tətbiq var idi. Amma şirkət daha sonra bu tətbiqə maliyyə dəstəyi göstərmədiyi üçün 2017-də tətbiqin fəaliyyəti dayandı. İllər sonra Microsoft bu tətbiqin əvəzinə daha yaxşısını hazırlamaq üçün iş başına keçdi.

Clipchamp adı verilən tətbiq internetlə işləyir və videoları düzəltmək yəni montaj etmək məqsədi daşıyır. Clipchamp render özəlliyini də sürətli bir şəkildə yerinə yetirir.

Microsoft Clipchamp şirkətini aldığının xəbərini verdi. Microsoft 365 abunəliyinə bu tətbiqi daxil etmək istəyir. Hazırda Clipchamp ilə düzəldilən videolar 480P görüntüdə pulsuz yükləmək olur. 720-1080P görüntüləmədə isə 9-19 dollar arası məbləğ ödəməklə tətbiqdən yararlana bilərsiniz.

Ən çox tətbiq yükləyən ölkələrin siyahısı açıqlandı

Əvvəlki

Facebook Ray-Ban ilə birlikdə ağıllı eynək satışına başlayacaq

Sonrakı

Rəylər

Login/Sign up