TEXNOLOGİYA

Metaverse-də rekord qiymətə yaxta satıldı

0

Varlı təbəqənin metaverse kainatında xərclədiyi pulların miqdarı eşidənləri heyrətləndirir.

“The Sandbox” virtual oyun dünyasında bu yaxınlarda satılan yaxtanın qiyməti rekord qırdı. Adı açıqlanmayan birinə satılan yaxta indiyə qədər satılan ən bahalı NFT oldu.

Bu meqa yaxta nə az, nə çox, düz 650 min dollara alınıb. Bu lüks rəqəmsal yaxta dörd mərtəbəlidir və onun interyerinə DJ kabinəsi, iki helikopter meydançası və isti vanna daxildir.

Qeyd edək ki, “Metaflower Super Mega Yacht” adlı yaxta Republic Realm tərəfindən “The Sandbox” oyunu üçün hazırlanmış “The Fantasy Collection”ın bir hissəsidir.

Yaxtalarla yanaşı, bu kolleksiyaya şəxsi adalar, reaktiv xizəklər və sürətli qayıqlar da daxildir. Amma bunların hamısı ayrı-ayrılıqda satılır. Bundan əlavə, metaverse yaxtasında uçuş-enmə zolaqları üçün helikopter almaq istəyən əlavə pul ödəməlidir.

2021-ci ilin ən populyar GIF-ləri açıqlandı

Əvvəlki

Google və Qualcomm süni intellektin inkişafı üzərində birgə işləyirlər

Sonrakı

Rəylər

Login/Sign up